Bakıda yanğın: 4 nəfər təxliyə edildi, 1 nəfər yandı

Martın 19-da Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

Binanın zirzəmisində olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top