Ağstafada pulsuz tibbi müayinə olunanların sayı 25 min nəfəri keçdi​

Ölkə Prezidentinin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinədən keçirilməsi işi Ağstafada yüksək səviyyədə təşkil olunub. Fevralın 10-dan başlanan bu vacib tədbirlə əlaqədar müvafiq komissiya yaradılmış, kollektivlər və ərazilər müəyyənləşdirilmişdir. Əhalinin müayinədən keçirilməsi üçün həkim briqadaları yaradılmış və həmin briqadalar şəhər, qəsəbə və kəndlərdə əhalinin müayinəsini həyata keçirir. Xəstəlik aşkar olunmuş vətəndaşlar ambulator və stasionar müalicəyə cəlb olunurlar. Bəzi xəstələr isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Bu günədək Ağstafada 25 min nəfərdən çox əhali tibbi müayinədən keçmişdir. Bunlardan 2062 nəfəri ambulator, 39 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 36 nəfəri isə ixtisaslaşmış tibbi müəssisələrə göndərilmişdir. Qeyd edək ki, rayon icra hakimiyyətinin bu işə xüsusi nəzarət etməsi, ortaya çıxa biləcək problemlərin operativ qaydada həll edilməsi, hər cür texniki-təşkilati tədbirlərin görülməsi Ağstafada tibbi müayinənin yüksək səviyyədə keçməsinə imkan yaradır. Xalqqazeti.com

DİGƏR XƏBƏRLƏR

Top