Son 2 ayda kafe və restoranlarda nə qədər pul xərcləmişik?

Bu ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi (kafe, restoran, çayxana və digər bu kimi obyektlərin dövriyyəsi) 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq 193 milyon manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 76,7 milyon manat olub.

DİGƏR XƏBƏRLƏR

Top