Yaşayış evlərinin 1 kv. metrinin maya dəyəri 442 manat olub

Bu ilin yanvar-fevral aylarında əsas kapitala 1 milyard 824,7 milyon manat məbləğində, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz az vəsait yönəldilib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, istifadə olunan vəsaitin 1 milyard 446,8 milyon manatı və ya 79,3 faizi məhsul istehsalı obyektlərinin, 270,8 milyon manatı (14,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 107,1 milyon manatı (5,9 faizi) isə ümumi sahəsi 242,1 min kvadrat metr olan (1 kv. m. -442 manat) yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 927,3 milyon manatını və ya 50,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 1 milyard 366,5 milyon manatı və ya 74,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

DİGƏR XƏBƏRLƏR

Top