Köçkünlər bu ölkələrdə özlərini daha xoşbəxt hiss edirlər - SİYAHI

Bəzi insanlar doğulduğu ölkələrdə - vətənlərində deyil, başqa ölkələrdə daha xoşbəxt olurlar.

Yeniavaz.com BMT-nin açıqladığı sonuncu "Dünya xoşbəxtlik hesabatı"nda ("World Happiness Report-2018") yer alan məlumatlara istinadən bildirir ki, başqa ölkələrə köçən insanlar - miqrantlar arasında ən xoşbəxtləri Finlandiyada yaşayanlardır. Finlandiyada həm də yerli əhali dünyanın ən xoşbəxt insanları hesab olunurlar.

Qeyd edək ki, insan ömrünün gözlənilən uzunluğu, sosial dəstək, korrupsiya və bu kimi digər göstəricilərə əsasən 156 ölkəni əhatə edən araşdırma göstərir ki, Finlandiyadan sonra miqrantların ən xoşbəxt yaşadığı ölkələr Danimarka, Norveç, İslandiya, Yeni Zelandiya, Avstraliya, Kanada, İsveç və İsveçrədir.

Bu ölkələrdə yaşayan yerli əhalidə dünyanın ən xoşbəxt insanları hesab olunurlar. Yerli əhalinin ən xoşbəxt olduğu ölkələrin sıralamasında Finlandiyadan sonra ilk yerləri Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya və İsveç tutur.

Hesabatda yer alan maraqlı məqamlardan biri isə odur ki, miqrantların ən xoşbəxt olduğu ölkələrin sıralamasında Meksika 10-cu sırada olsa da, yerli əhalinin xoşbəxt olduğu ölkələrin sıralamasında Meksika 24-cü sırada yer alıb.

Məlumat üçün onu da bildirək ki, 156 ölkənin yer aldığı dünyanın ən xoşbəxt ölkələrinin siyahısında Azətbaycan 87-ci sırada qərarlaşıb.

Miqrantların ən xoşbəxt yaşadığı 15 ölkə:

1. Finlandiya

2. Danimarka

3. Norveç

4. İslandiya

5. Yeni Zelandiya

6. Avstraliya

7. Kanada

8. İsveç

9. İsveçrə

10. Meksika

11. Hollandiya

12. İsrailə

13. İrlandiya

14. Avstriya

15. ABŞ

DİGƏR XƏBƏRLƏR

Top