“Sumqayıt”ı kim dayandıracaq?

“Sumqayıt” Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. XX turun “Kəpəz”lə ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanan Samir Abasovun yetirmələri sonuncu dəfə XII turda məğlub olub. 2017-ci il noyabrın 17-də “Qarabağ”la səfər matçında 0:2 hesabına üzülən “Gənclik şəhəri” təmsilçisi sonrakı 8 qarşılaşmada 5 qələbə qazanıb və 3 heç-heçə edib. Bu, klub tarixində yeni rekorddu. Belə ki, 2011-ci ildən Azərbaycan çempionatlarının yüksək dəstəsində çıxış edən “Sumqayıt”ın ən uzun məğlubiyyətsiz seriyası 7-yə bərabər idi. 2016-cı ilin noyabrından 2017-ci ilin fevralınadək olan dövrdə komanda 4 qələbə qazanıb, 3 heç-heçə etmişdi. Ötən turda bir il əvvəlki rekordu təkrarlayan Abasovun yetirmələri “Kəpəz”lə qarşılaşmada bu göstəricini yeniləyib.Apasport

DİGƏR XƏBƏRLƏR

Top