Dünyanın ən böyük otellərinin SİYAHISI

Uzun illərdir Səudiyyə Ərəbistanının Məkkə şəhərində inşası davam etdirilən və 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan "Abraj Kudai" otelinin gələn il istifadəyə veriləcəyi bildirilir. Yeniavaz.com xəbər verir ki, 3,5 milyard dollara başa gələcək 45 mərtəbəli bu oteldə 10 000 otağın olacağı gözlənilir. "Abraj Kudai" istifadəyə verildikdən sonra otaq sayına görə dünyanın ən böyük oteli ünvanına sahib olacaq. Bəs görəsən hazırda dünyanın ən böyük otelləri hansı ölkələrdə yerləşir? "The Telegraph" nəşrinin apardığı araşdırmaya görə hazırda otaq sayıqna görə dünyanın ən böyük oteli Malaziyada fəaliyyət göstərən "First World Hotel" otelidir. Bu oteldə müştərilərə 7 351 otaq xidmət göstərir. Dünyanın ən böyük otellərinin ilk onluğunda yer alan otellərin 6-sı ABŞ-ın Las Veqas şəhərində yerləşir. Dünyanın ən böyük otellərinin siyahısında ikinci sırada Las Veqasda fəaliyyət göstərən "The Venetian Las Veqas" oteli dayanır. Bu oteldə 7117 otaq mövcuddur.

"The Telegraph" nəşrinin açaıqladığı otaq sayına görə dünyanın ən böyük 10 otelinin siyahısını təqdim edirik:

Ölkə

Şəhər

Otellər

Otaq sayı

1

Malaziya

Genting Highlands

"First World Hotel"

7 351

2

ABŞ

Las Veqas

"The Venetian Las Vegas"

7 117

3

ABŞ

Las Veqas

"MGM Grand Las Vegas" + "The Singnature"

6 852

4

ABŞ

Las Veqas

"CityCenter"

6 790

5

Makao

Makao

"Sands Cotai Central"

6 000

6

Rusiya

Moskva

"İzmailovo Hotel"

5 000

7

ABŞ

Las Veqas

"Wynn Las Vegas" + "Encore Las Vegas"

4 750

8

ABŞ

Las Veqas

"Mandalay Bay" + "Delon" + "Four Seasons"

4 426

9

ABŞ

Las Veqas

"Luxor Las Vegas"

4 407

10

Tailand

Pattaya

"Ambassador City Jomtien"

4 219

DİGƏR XƏBƏRLƏR

Top