Dırnaq yemək xəstəlikdirmi?

Daha öncə heç dırnaqlarınızı yedinizmi? O an nə düşünürdünüz? Yeniavaz.com xəbər verir ki, araşdırmaçılar və psixoloqlar bu addımı davranış pozuntusu ilə əlaqələndirirlər. Onların fikrincə, dırnaq yemək streslə bağlı olan bir problem ola da bilər.

Araşdırmaçıların uşaqlar üzərində apardıqları sınaqlar göstərib ki, bəzi hallarda onlara qadağa qoymaq və ya cəzalandırmaq metodları da işə yaramır.

Bir qrup mütəxəssis isə bu fikirdədir ki, bu bir alışqanlıqdır.

Bəs bu alışqanlığın səbəbi nədir?

Psixoloqların fikrincə, dırnaq yeyən insanların çoxu duyğusal insanlar olurlar. Onların çoxu fikrini bir işə cəmləşdirmək istəyərkən bunu edirlər. Onlar əsasən bir hadisə baş verərkən, nəyisə izləyərkən və ya dinləyərkən, yaxud diqqətl tələb edən bir işə başlayarkən bunu edirlər.

Dırnaq yeməyin zərərləri

Doktor Jozef Merkolanın deyir ki, dırnaq yemək orqanizmi zərərli bakteriyaların hədəfi halına gətirir: "Bəzən hətta xərçəngə səbəb olan viruslara da dırnaq yeməklə tutulanlar var. Ən təhlükəli viruslar dırnaq yeməklə vücudunuza yayıla bilər. Dırnaq yeyən insanları müayinə edən zaman məlum olur ki, onların hamısının ağızında və dişlərində problemlər var. Əgər bu xəstəliklərdən narahat olmayanlar varsa, buyursunlar, dırnaq yeməkdə davam etsinlər".

Jozef Merkolanın dediyinə görə, dırnaq yeyən insanlara hər yaşda rast gəlinir: "Araşdırmalar göstərir ki, 10-18 yaş arasındakı gənclərin 50 faizi dırnaqlarını yeyirlər. Yaşı 18-23 arasında olanların təxminən 23 faizi dırnaq yemə problemindən əziyyət çəkirlər.

Yaş artdıqca dırnaq yemək kimi bir dərdi olanların faizi azalır. 30-40 yaşdan yuxarı olanlar arasında dırnaq yeyənlər isə təxminən 10 faiz təşkil edir.

Xanımlarla müqayisədə kişi cinsindən olanlar arasında dırnaq yeyənlər daha çoxdur".

Dırnaq yeməyi necə tərgitmək olar?

1. Dırnaqlarınızı hər zaman qısa kəsin.

2. Bir çox insan nə etdiyinin fərqində olmadan dırnaqlarını yeyir, bu halda dırnağa dadı acı olan maddələr vurmaq olar.

3. Dırnaq yeməkdən yadırğamaq üçün təsbeh çəkmək, stres çarxı ilə oynamaq işinizə yaraya bilər.

4. Dırnaq yediyinizi sizə xatırladan bütün üsullardan istifadə etməkdə fayda var: barmaqlarınıza müvəqqəti rəngli bir şey bağlayın, iş masanıza və ya evinizin diqqətçəkən bir yerinə "xəbərdarlıq" vurun, daha öncələr dırnaq yemək səbəbindən yaşadığınız xəstəlik və stresləri tez-tez xatırlayın.

5. Çaşıb dırnağınızı yediyiniz zaman özünüzə kiçik cəzalar verin.

6. Dırnağını yediyiniz əlinizi mümkün olduğu qədər məşğul saxlamağa çalışın.

7. Dırnaqlarınızı təmiz saxlayın. Kirli olmaları da onları yeməyinizin bir səbəbi ola bilər.

8. Apteklərdə dırnaq yeməyi tərgitməyə kömək edən müxtəlif kremlər satılır, onlardan da istifadə edə bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top