Bakı Mühəndislik Universiteti xarici əlaqələrini genişləndirir

Bakı Mühəndislik Universiteti (BMU) ilə İndoneziyanın Malang İslam Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. BMU-dan bildiriblər ki, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani, Malang İslam Universitetinin rektoru H.Maskuri M.Si və həmin universitetin prorektorları ilə görüşüb. Görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Azər İmanquluyev və universitetin beynəlxalq əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Sevil İmanova iştirak ediblər. Havar Məmmədov BMU haqqında ətraflı məlumat verərək bildirib ki, universitet yeni yaranmasına baxmayaraq bir çox beynəlxalq layihələrdə uğurla iştirak edir. Sonra Malang İslam Universitetinin rektoru H.Maskuri M.Si təmsil etdiyi təhsil müəssisəsi barədə danışıb. Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani Azərbaycan və İndoneziya arasında təhsil sahəsində mövcud əlaqələrin inkişafında Bakı Mühəndislik Universitetinin xüsusi rol oynadığını vurğulayıb. Daha sonra İndoneziyanın Malang İslam Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Qonaqlar BMU-nun laboratoriyaları və maddi-texniki bazası ilə də tanış olublar. Səfir gələcəkdə təhsil sahəsində BMU ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib.AZƏRTAC

DİGƏR XƏBƏRLƏR

Top