Çiy kələmin bilmədiyimiz FAYDALARI

Qiyməti çox ucuzdur. Demək olar ilin bütün fəsillərində Azərbaycanda kələm tapıb almaq mümkündür. Kələm ölkəmizin müxtəlif regionlarında yetişdirilir. Yeniavaz.com xəbər verir ki, dünyanın bir çox ölkələrində çiy kələmdən və onun suyundan müxtəlif xəstəliklərə qarşı istifadə edilir. Ancaq Azərbaycanda çiy kələmdən və onun suyundan çox istifadə olunur demək çətindir. Bəs kələm hansı orqanlar üçün faydalıdır?

1. Kələm orqanizmi xərçəng xəstəliyinə səbəb olan hüceyrələrdən qoruyur.

2. C vitamini ilə zəngin olan kələm immunitet sisteminin güclənməsinə yardımçı olur.

3. Orqanizmi infeksion xəstəliklərdən qoruyur.

4. Kələmin tərkibindəki maddələr gözün zəifləməsinin qarşısını alır.

5. Davamlı olaraq kələm yemək zehni gücləndirir, zehni xəstəliklərin yaranmasına əngəl olur. Beyinin sağlamlığını qoruyur.

6. Çəki atmağı asanlaşdırır. Diyeta saxlayanlar kələmdən də faydalanmaqla arıqlama və ya kökəlməmək arzularını reallaşdıra bilərlər.

7. Qəbizliyi aradan qaldırır.

8. Kələmin tərkibində olan turşular qan dövranını yaxşılaşdırır.

9. Sümükləri gücləndirir. Kələm kalsium, maqnezium kimi mineral qaynağıdır. Bu üç önəmli mineral sümük əriməsi, sümüklərin zəifləməsinin qarşısını alır.

10. Yüksək təzyiqdən qoruyur. Kələmin tərkibindəki maddələr infarkt və insult riskini artıran təzyiqdən qoruyur. Damarları açar ve qan axışını asanlaşdırır.

11. Uşaq əmizdirən analarda südü artırır.

12. Həzm sistemini asanlaşdırır, mədəyə müsbət təsir göstərir.

13. B1, B2, B6 vitamini ilə zəngindir.

14. Tərkibində fol turşusu var.

15. Tərkibində Omeqa 3 var.

16. Kələmdə kalsium, kalium, maqnezium, zülal var.

17. A vitamini ilə zəngindir.

18. Tərkibindəki dəmir dəmir çatışmazlığından əziyyət çəkənlərə müsbət təsir göstərir.

19. Tərkibində amin turşusu var.

DİGƏR XƏBƏRLƏR

Top