Azərbaycanda 81 nəfərə böyrək, 3 nəfərə qaraciyər köçürülüb

Hazırda ölkəmizdə əvvələr həyata keçirilməsi mümkün olmayan, müasir texnologiya və peşəkarlıq tələb edən əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları və süni oynaq implantasiyası müvəffəqiyyətlə aparılır. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub. 2017-ci ilin əvvəlindən indiyədək 81 nəfərə böyrək, 3 nəfərə isə qaraciyər köçürülüb. 79 xəstəyə endopritezləşmə əməliyyatı aparılıb, 1200 nəfərdən artıq xəstə üzərində ürək əməliyyatları icra olunub. 12 sümük iliyi transplantasiyası həyata keçirilib. Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top