Xocalı rayonundan olan məcburi köçkünlər tibb müayinələrdən keçirilib

Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Səhiyyə Nazirliyinin xüsusi sərəncamına əsasən hər il olduğu kimi bu il də fevralın 12-dən mayın 12-ə kimi Respublikada əhalinin icbari tibbi müayinələri keçirilir. 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-ci ildönümü ərəfəsində, Gəncədə - “Yeni qəsəbə 2”də yaşayan, Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin əhalisi icbari tibb müayinələrdən keçirilib. Yeniavaz.com xəbər verir ki, Tibbi proflaktik baxış üçün avdanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə (USM), elektrokardioqrafik (EKQ) və laborator müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlər cəlb edilib. Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov məlumat verib ki, qəsəbə 1067 nəfərdən çox sakinə müayinələr edilib və məsləhətlər verilib. 6 sakinə evində konsilium edildiyini qeyd edən idarə rəisi vurğulayıb ki, səyyar rentgenoflüoroqrafik müayinələrin sayı 647, elektrokardioqrafik 114, ultrasəslə müayinələrin sayı 98, laborator müayinələrin sayı 238 olub. Onlardan 98 şəxsə ambulator müalicə təyin olunmuş, 14 şəxs stasionar müayinə və müalicə üçün Gəncə şəhərinə dəvət olunmuşdur.

Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin sakinləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən icbari tibb müayinələr üçün ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər. Dövlət rəhbərinin daimi vətəndaşların sağlamlıqlarının keşiyində durduğunu xüsusi vurğulayan sakinlər bu aksiyanın bariz nümunə olduğunu qeyd ediblər. Bildirək ki, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov müayinələr zamanı sakinlərə maarifləndirici təlim də keçib. Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top