Dünyanın ən hündür ağacdan göydələni Tokioda tikiləcək

Tokionun cənubundakı Marunouti rayonunda dünyada ən hündür ağacdan göydələn tikələcək. Yeniavaz.com-un “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, 70 mərtəbəli binanın hündürlüyü 350 metr təşkil edəcək, onun fasadlarında şəlalələr və canlı bitkilər yerləşdiriləcək. “Sumitomo Forestry” şirkəti bu göydələnin inşasına 5,5 milyard dollar xərcləyəcək, bundan başqa 185 min kubmetr ağacdan istifadə ediləcək. Göydələn üç saat ərzində açıq yanğına davam gətirən xüsusi ağac növlərindən tikiləcək. Bundan başqa, zəlzələlərə davam gətirə bilməsi üçün bina poladla möhkəmləndiriləcək. 450 min kvadratmetr sahəsi olan binada mənzillər, ofislər və mehmanxana nömrələri yerləşəcək. Ağacdan düzəldilən ilk göydələnin tikintisi 2041-ci ilə başa çatmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top