Azərbaycanda ən çox "bəyəni"lən nazirliklər - İNFOQRAFİKA

Son illər Azərbaycanda sosial şəbəkələrdən, xüsusilə də "Facebook"dan istifadə edən insanların sayı sürətlə artmaqdadır. Bəs görəsən, bu qədər geniş auditoriyası olan bir şəbəkədən nazirliklər necə bəhrələnir?

Yeniavaz.com-un apardığımız hesablama göstərir ki, hazırda bütün nazirliklərin "Facebook" sosial şəbəkəsində səhifələri mövcuddur. "Facebook"da səhifələrin əsas göstəricisi onların "bəyəni" sayı hesab olunduğu üçün biz də nazirliklərin sosial şəbəkədəki "bəyəni"lərini nəzər saldıq. Ən çox "bəyəni" sayına malik olan nazirlik Müdafiə Nazirliyidir. Müdafiə Nazirliyinin "Facebook"dakı səhifəsi 140 mindən çox istifadəçi tərəfindən "bəyəni"lir. İkinci sırada qərarlaşan Təhsil Nazirliyinin "bəyəni" sayı 91 mindən bir qədər azdır. Üçüncü sırada isə Səhiyyə Nazirliyi yer alıb - 47,9 min "bəyəni". Bunlardan başqa "Vergilər Nazirliyi 46,3 min "bəyəni"yə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 43,7 min "bəyəni"yə sahibdirlər. Digər nazirliklərin "Facebook" səhifələri daha az "bəyəni"yə sahib olublar.

Ən az "bəyəni" sayı Mədəniyyət və Turizm Nazirliyi ilə Energetika Nazirliyinə məxsus olub. Mədəniyyət və Turizm Nazirliyinin "Facebook" səhifəsinin cəmi 172, Energetika Nazirliyinin isə 890 "bəyəni"si olub.

DİGƏR XƏBƏRLƏR

Top