Azərbaycanlı məşhurlar nədən qorxurlar? - FOTO

Hər gün efirdən izlədiyimiz, qalmaqallı açıqlamaları ilə meydan oxuyan tanınmışların çoxunun fobiyası var. Onlar müxtəlif vaxtlarda açıqlamalarında bunu dilə gətiriblər. Yeniavaz.com saytı məşhurların nədən qorxduqlarını elə onların öz açıqlamalarına əsasən təqdim edir.

Müğənni Vasif Məhərrəmli çoxmərtəbəli binaların eyvanına çıxmaqdan qorxur. Müğənni bunu başının gicəllənməsi ilə əlaqələndirib.

Tanınmış reper Miri Yusif də çoxmərtəbəli binaların eyvanına çıxmaqdan qorxur. Dediyinə görə, üçüncü mərtəbədən yuxarı qalxa bilmir.

Millət vəkili Aqil Abbasın da yüksəkliyə fobiyası var. Lakin deputat eyvana çoxanda yox, təyyarə ilə uçuş zamanı həyəcan keçirir.

Aparıcı Ülvira Qarayeva da hündürlükdən qorxduğunu bildirib. Dediyinə görə bir yerə qonaq getdiyi zaman eyvana çıxmamağa çalışır.

Rəqqasə Oksana Rəsulova hündürlükdən qorxduğu üçün təyyarəyə qarşı fobiyasının olduğunu bildirib. Dediyinə görə, bu günədək mindiyi təyyarələrin heç birinin pəncərəsindən aşağı baxmağa risk eləməyib.

Müğənni Günel Ələkbərova qaranlıqdan qorxur.

Roza Zərgərli də zülmətdə olmaqdan qorxduğunu bildirib.

Xuraman Şuşalı yanğından qorxduğunu deyib.

Elçin Cəfərov ilbiz və qazdan qorxur.

"Şeron" qrupunun solisti Ülvi Cəfərov liftdən qorxduğunu söyləyib.

Xəyyam Nisanov sürünən heyvanlardan qorxur.

Fobiyası olan məşhurlar təkcə Azərbaycanda deyil. Məsələn, dünya şöhrətli müğənni Cennifer Lopez bağlı yerlərdə qalmaqdan qorxur.

Leonardo Di Kaprio da qapalı yerlərdə çox qala bilmir.

Britni Spirs ildırım səsindən qorxduğunu bildirib. Dediyinə görə həmin vaxtlarda o özündən getmə səviyyəsinədək həyəcanlanır. İldırım səsini eşitməmək üçün isə yüksək səslə musiqiyə qulaq asır.

Türkiyəli müğənni Murad Boz isə Türkiyə mətbuatına böcəklərdən qorxduğunu açıqlayıb. Dediyinə görə, yeniyetmə yaşlarında bunu bilən dostları onu qorxutmaq üçün üstünə böcək atırmışlar.

DİGƏR XƏBƏRLƏR

Top