Kəramət Böyükçöl: "Xəlil Rzanın və onun şəhid oğlunun ruhundan üzr istəyirəm"

Gənc yazar Kəramət Böyükçöl bir neçə gün öncə sosial şəbəkədə status yazaraq Xəlil Rza Ulutürkü təhqir etdiyinə görə üzr üstəyib. Kəramət Böyükçöl fikirlərinin yanlış olduğunu söyləyib və Xəlil Rza Ulutürkü sevənlərdən üzrxahlıq edib. Gənc yazarın sosial hesabında yazdığı üzrxahlıq mesajını sizlərə təqdim edirik:" Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı.Sərt reaksiyalar göstərildi.Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yanlış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbriz Xəlilbəylinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir"

213.JPG (80 KB)


Qeyd edək ki Kəramət Böyükçöl Xəlil Rza Ulutürk haqqında bunları yazmışdı:

“Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asmışam, səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Özü də onun barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi də doğru deyil. Hər halda mübarizəsi var idisə də, bu istedadsızlığından irəli gəlirdi. Necə? Məsələn, Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin var? Xəlil Rza KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurduğunu anlamırdı. Əksinə, KQB-yə xidmət edib gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bu necə ziyalıdır ki, başqa bir millətə az qala var-yox söyüşü söyürdü.

Harda gördün erməni, vur başına gülləni.

Hava yaman soyuqdur, ermənilər toyuqdur.

Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi. Adam görmür ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var. Adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxılacaq. Necə ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu”.Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top