Davosda keçiriləcək Dünya İqtisadi Forumunun gündəliyi açıqlanıb

Yanvarın 23-dən 26-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun gündəliyi açıqlanıb. Bu barədə forumun təşkilatçıları məlumat verir.

"Önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına" həsr ediləcək forumun əsas mövzuları bəynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyata aid olacaq.

Dünya İqtisadi Forumunda Afrikadan 10, Yaxın Şərq ölkələri və Şimalı Afrikadan 9, Latın Amerikası ölkələrindən 6 hökumət və dövlət başçısı iştirak edəcək.

Burada həmçinin ABŞ prezidenti Donald Trampın, Fransa prezidenti Emmanuel Makronun və Britanıyanın baş naziri Tereza Meyin iştirakı gözlənilir. report

DİGƏR XƏBƏRLƏR

Top