Çində bitkoin ticarəti qadağan ediləcək​


Çin hökuməti kriptovalyutaların mərkəzləşdirilmiş alqı-satqısına imkan yaradan birjalara girişə qadağa qoymaq niyyətindədir. Bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən informasiya yayıb. Çində bütün iri kriptovalyuta birjaları artıq bir müddət əvvəl bağlansa da, yerli hakimiyyətin fikrinə görə, bu, kifayət etmir. Mərkəzi hökumət çinli vətəndaşların bu cür birjalarla işləyən sayt və tətbiqlərə girişinə blok qoymağa çalışır.

Mənbənin verdiyi məlumat əsasən, Çində həm yerli, həm də xarici vətəndaşların mərkəzləşdirilmiş ticarət sistemi olan kriptovalyuta birjalarına girişinə qadağa qoyulacaq. Konkret olaraq hansı birjaların qara siyahıya düşəcəyi bildirilirmir.

“Çin hökuməti mərkəzləşdirilmiş sistemdə qiymətin təyin olunmasına dəstək, hesablaşma və klirinq sahələri üzrə xidmətlər göstərən fiziki və hüquqi şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmək niyyətindədir”, - deyə mənbə əlavə edib. Qeyd olunur ki, məhdudiyyətlər fiziki şəxslər arasında kiçik məbləğli maliyyə əməliyyatlarına şamil olunmayacaq.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top