Kolumbiyada körpü uçdu: Ölənlər var - FOTOLAR

Kolumbiyada tikilməkdə olan avtomobil körpüsünün uçması nəticəsində azı doqquz nəfər həlak olub, beş nəfər yaralanıb. Hadisə Kolumbiyanın Çiraxara bölgəsində baş verib. Qəza qurbanları tikintidə iştirak edən fəhlələrdir. Gözəl mənzərəli vadinin üzərindən keçən 450 metr uzunluqdakı körpü paytaxt Boqota ilə Villavisensio şəhərini birləşdirən avtomobil yoluna aid olub. Ölkənin nəqliyyat naziri Qerman Kardona qəzanın səbəblərinin araşdırıldığını bildirib. Rəsmilərin sözlərinə görə, həmin vaxt işçilərin çoxu əmək təhlükəsizliyi haqqında səhər təlimatında olub. Bu, çoxsaylı itkinin qarşısını alıb.Oxu.az

Çökən nəhəng körpünün fotoşəkillərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top