"Twitter" əməkdaşlarına istifadəçilərin şəxsi məlumatlarını oxuduqlarına görə pul verirlər


"Twitter" şirkətində servis istifadəçilərinin şəxsi məlumatlarını oxumaqla məşğul olan bir neçə yüz əməkdaş var. "Yeniavaz.com"un "Gazeta.ru" internet nəşrinə istinadən verdiyi məlumata görə, bu informasiyanın təsdiqi üçün video göstərilib. "Twitter" əməkdaşları videoda etiraf edirlər ki, istifadəçilərin şəxsi məlumatlarını oxuyurlar. "Twitter" guya bunu adamın "virtual profilini" tərtib etmək üçün edir, sonra isə onu reklam verənlərə satır. İstifadəçilərin şəxsi söhbətlərini oxuyan insanların sayının 300-400 olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top