SOCAR-dan Mənsimovun gəmilərinin müsadirəsinə - Reaksiya

“SOCAR Mübariz Mənsimov və ya “Palmali” Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib”. Bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın “Palmali” Şirkətlər Qrupuna məxsus 14 gəminin müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib. “Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına gəlincə, İ.Əhmədov bildirib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir: “SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.APA

DİGƏR XƏBƏRLƏR

Top