Lerikdə avtomobil dərəyə aşdı - Yaralılar var

Lənkəran-Lerik yolunda yol-nəqliyyat hadisəsi baş verib. Lerik rayonunun Hamarmeşə kəndində rayonun Nodar kənd sakini Teymur Norxan oğlu Zərbiyev hərəkətdə olan avtomobilinin sükanı arxasında yuxulayıb. Avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlar Lerik rayon sakinləri - 1953-cü il təvəllüdlü Norxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Norxan oğlu Zərbiyev, 1959-cu il təvəllüdlü Aygün Məmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təvəllüdlü Adoğlan İbadət oğlu Əliyev və 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyevadır. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. APA

DİGƏR XƏBƏRLƏR

Top