400 min fransalı Rusiyadan 30 milyard avro tələb edir

Təqribən 400 min fransalı Rusiyadan çar dövrünün istiqrazları üzrə təqribən 30 milyard avro ödənişə nail olmaq niyyətindədir.

“Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bu barədə fransız əmanətçilərinin nəvələri bildiriblər. Onlar pretenziyalarını onunla əsaslandırırlar ki, Rusiya artıq çoxdan müflis deyil. 1867-ci ildə Rusiya dəmir yolları şirkəti qızılla təmin edilmiş dövlət istiqrazlarının buraxılışına başlayıb. Fransız investorlar layihəyə təqribən 15 milyard frank (53 milyard avro) qoyublar, lakin onların yalnız bir hissəsi mənfəət ala bilib. Vladimir Lenin 1918-ci ildə çar Rusiyasının borclarının ödənilməsindən imtina etmək haqqında fərman imzalayıb, Moskva və Parisin isə 1997-ci ildə bağladıqları müqaviləyə əsasən, Rusiya İmperiyanın borcları ilə hesablaşıb.

DİGƏR XƏBƏRLƏR

Top