Ərdoğan: Bizi ABŞ bayraqlarını endirməyə məcbur etməyin

ABŞ-ın Suriyada Türkiyə ilə sərhəd boyunca qurmağa çalışdığı terror ordusunu doğmadan boğmalıyıq.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG terror təşkilatının silahlılarından ibarət 30 min nəfərlik sərhəd qüvvələrini yaratmaq planını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ Türkiyənin bütün erirazlarına, yaxşı niyyətlərinə baxmayraq, Türkiyənin sərhədi boyu terror ordusu qurmaqda israr edir. R. T. Ərdoğan qeyd edib ki, Amerika artıq söz oyunundan vaz keçərək niyyətini açıq şəkildə bəyan etməlidir.

O əlavə edib ki, qurulacaq ordu ABŞ-ı tam təmsil edə bilməyəcək və ABŞ Türkiyə qarşısında rüsvay olacaq: “Terror təşkilatının bazalarındakı bayraqlarınızı özünüz endirin, o bayraqları sizə təhvil vermək məcburiyyətində qalmayaq.

Türkiyə Silahlı Qüvvələri Suriyada Afrin və Münbiç məsələsini həll edəcək. Hazırlığımız yekunlaşıb. Hər an hərəkat başlaya bilər. Sonra digər bölgələrə də keçiləcək”.

DİGƏR XƏBƏRLƏR

Top