Bankların bankomatı bağlanır

2017-ci ilin dekabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı 2 min 460 ədəd olub. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, son bir ay ərzində ölkədəki bankomatların sayı 31 ədəd azalıb. Verilən məlumatda həmçinin bildirilir ki, bankomatların 1327 ədədi Bakıda, 1133 ədədi isə regionlarda quraşdırılıb. Ötən ilin noyabr ayında Bakıda quraşdırılan bankomatların sayı 29 ədəd, regionlarda quraşdırılan bankomatların sayı isə 2 ədəd azalıb.

Mərkəzi Bankın məlumatında həmçinin qeyd olunur ki, bankomatlarla bərabər POS-terminalların da sayında azalma olub. Son bir ay ərzində POS-terminalların sayı 308 ədəd azalaraq 66 min 336-dan 66 min 28 ədədə düşüb. POS-terminalların sayı Bakıda 38 min 25-dən 37 min 857-ə, regionlarda isə 29 min 311-dən 28 min 171-ə enib.

Təkcə son bir il ərzində Bakı şəhərinin pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 208 ədəd azalaraq 37 min 437 ədəddən 37 min 229 ədədə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top