Ötən il İtaliyaya 4,4 milyard dollarlıq məhsul satmışıq

2017-ci il ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 1 milyard 554,2 milyon dollar (ümumi idxalın 17,7%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ərzində bu ölkələrdən müvafiq olaraq 1 milyard 273,7 milyon (ümumi idxalın 14,5%-i) və 854,5 milyon dollarlıq (9,7%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri ABŞ (720,6 milyon dollar), Ukrayna (459,9 milyon dollar), Almaniya (443,6 milyon dollar), İtaliya (318,6 milyon dollar), İran (240,2 milyon dollar), Böyük Britaniya (239,8 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-ci il ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son bir il ərzində bu ölkəyə 4 milyard 406,4 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 31,9%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 1 milyard 366,3 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 9,9%-i). Həmçinin 638,9 milyon dollar dəyərində məhsul İsrailə satılıb. Rusiyaya 587 milyon dollar, Çexiyaya 556,8 milyon dollar, Kanadaya 534,3 milyon dollar, Gürcüstana 471,3 milyon dollar, İndoneziyaya 465,1 milyon dollar Almaniyaya 450,4 milyon dollar, Portuqaliyaya 446,3 milyon dollar, Çinə isə 443,8 milyon dollar dəyərində məhsul satılıb.

DİGƏR XƏBƏRLƏR

Top