Dünyanın ən böyük 5-ci almazı tapıldı

Afrikanın Lesoto Krallığındakı "Letseng" mədənində dünya tarixinin ən böyük almazlarından biri tapılıb.

"Yeniavaz.com"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, mədən "Gem Diamonds Ltd" şirkətinə məxsusdur. Müstəsna keyfiyyətə malik qiymətli daşın çəkisi 910 karatdır. Rəngsiz daş "lla" növünə aiddir, yəni onun tərkibində azot və bor qatışıqları yoxdur.

Bu cür almazlar dünyada hasilatın 1 faizindən azını təşkil edir. O, böyüklüyünə görə dünyada indiyə qədər tapılmış beşinci, Lesoto üçün isə ən böyük almazdır. Almazın ilkin qiymətinin 40 milyon dollar olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top