Məşhur oyunçu 4 il futboldan uzaqlaşdırıla bilər

"Mançester Siti" və "Sevilya"nın keçmiş futbolçusu, hazırda isə "Antalyaspor"da çıxış edən Samir Nəsri 4 il müddətinə diskvalifikasiya ala bilər.

"Yeniavaz.com"un "Gazeta.ru" saytına istinadən verdiyi məlumata, İspaniyanın antidopinq laboratoriyası UEFA-ya bildirib ki, fransız futbolçu 2016-2017-ci illər mövsümündə qan köçürdüyünə görə futboldan uzaqlaşdırılmadır.

Belə ki, bu cür prosedur antidopinq qanunvericiliyi ilə qadağan edilib. 30 yaşlı yarımmüdafiəçi İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti versə də qan köçürməyə görə tibbi güzəşt ala bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top