Xaricdən 1 kq ət 2,6, süd 2,7, kərə yağı 8,2 manata gətirilir

2017-ci il ərzində ölkəyə 1 milyard 403,8 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 227,2 milyon dolları buğdanın, 132,4 milyonu meyvə-tərəvəzin, 169,7 milyon dolları şəkərin, 148,3 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün ötən il ərzində müvafiq olaraq 166,5 və 249 milyon dollar ödənilib.

Onu da bildirək ki, ötən il ərzində xarici ölkələrdən Azərbaycana 40,1 min ton ət, 8,87 min ton süd, 13,8 min ton kərə yağı gətirilib. Ətin 1 kiloqramının gömrük dəyəri 1,57 dollar (2,67 manat), südün 1 kiloqramının gömrük dəyəri 1,6 dollar (2,7 manat), kərə yağının 1 kiloqramının gömrük dəyəri 4,8 dollar (8,2 manat) olub.

DİGƏR XƏBƏRLƏR

Top