Qətərin qırıcıları BƏƏ-nin sərnişin təyyarəsinin qarşısını kəsib - İDDİA

Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yeni böhran vəziyyəti yaranıb.

"Yeniavaz.com"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, aralarında 7 aydan çoxdur diplomatik əlaqələrin olmadığı bu iki ölkəni qarşı-qarşıya gətirən iki hadisə baş verib. Bunlardan biri Qətəri idarə edən Əl-Sani ailəsindən Şeyx Abdulla ibn Əli Əəl-Saninin video görüntüləridir. Əl-Sani video görüntüdə vasitəçi olaraq gəldiyi Əbu Dabidə girov tutulduğunu deyir.

Onun açıqlamalarını rədd edən BƏƏ isə iki ölkə arasında vəziyyəti gərginləşdirən ikinci hadisənin baş verdiyini bəyan edib. BƏƏ tərəfi iddia edir ki, Qətərə məxsus qırıcı təyyarələr ölkənin sərnişin təyyarəsinin qarşısını kəsib. Sərnişin təyyarəsinin Bəhrəynə istiqamət almaq məcburiyyətində qaldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top