Bağdadın mərkəzində törədilən iki partlayış nəticəsində 38 nəfər həlak olub, 100-dən çox adam isə xəsarət alıb.
"Yeniavaz.com"un "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, terror aktı Əl-Tayran meydanında törədilib. İlkin məlumata əsasən, partlayışları intiharçı-terrorçular həyata keçiriblər. Ölkədə fəaliyyət göstərən ekstremist qruplaşmalardan heç biri baş verənə görə məsuliyyəti hələ öz üzərinə götürməyib.