İxracın 77,5%-i xam neftin payına düşüb

Əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 10 milyard 706,8 milyon dollar dəyərində 27,2 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 77,5%-ni təşkil edib.

Xam neftdən sonra xarici ölkələrə ən təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 1 milyard 193,7 milyon dollar təşkil edib. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 339,1 milyon dollara bərabər olub.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2017-ci ildə xarici ölkələrə 502,8 milyon dollar dəyərində meyvə-tərəvəz, 117,6 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 101,1 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 82,9 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 39,5 milyon dollarlıq şəkər, 72,5 milyon dollarlıq kimya sinayesi məhsulları, 50,9 milyon dollarlıq elektrik enerjisi, 15,9 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, ötən il pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. 2017-ci il ərzində xarici ölkələrə 33,7 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top