Rusiyanın Perm şəhərində yerləşən 127 nömrəli məktəbdə iki yeniyetmə bıçaqlaşma törədib.
"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident nəticəsində 15 nəfər yaralanıb. Əvvəlcə iki yeniyetmə dalaşmağa başlayıb. Onları müəllimlər və digər şagirdlər bir-birindən ayırmaq istəyib. Yekunda bir müəllim və iki şagird ağır yaralanıb. Şübhəlilər saxlanılıb.
VİDEO