Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib

Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "sərhəd təhlükəsizliyi qüvvəsi" yaratmaq planını pisləyib. "NTV" telekanalı xəbər verir ki, o, Suriyanın ABŞ-ın nəzarət altında olan ərazisində Vaşinqtonun "sərhəd təhlükəsizliyi qüvvəsi" adlandırılan planının qəbuledilməz olduğunu bildirib. "ABŞ terror təşkilatını qanuniləşdirən tədbir görür, Bu, narahatlığa səbəb olur və qəbuledilməzdir", - deyə o bildirib. Kalın vurğulayıb ki, Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorizmlə istənilən mübarizə hüququnu özündə saxlayır. "Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək", - deyə o qeyd edib.Report

DİGƏR XƏBƏRLƏR

Top