Göyçayda 24 yaşlı oğlan bıçaqlanıb

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə bu gün rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü Yusifzadə Ülvi Yaşar oğlu dava zamanı qarın nahiyəsindən bıçaqlanıb. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyə əməliyyatı olunub. Onu bıçaqlayan şəxsin kimliyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top