Əfqanıstanda İŞİD-in 17 döyüşçüsü məhv edilib

Əfqanıstanın Nanqarhar vilayətində xarici ölkə hərbçilərinin pilotsuz uçuş aparatı vasitəsilə endirilmiş zərbələr nəticəsində İŞİD terror qruplaşmasının azı 17 döyüşçüsü məhv edilib. TASS xəbər verir ki, bu barədə "Tolo News" yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Qeyd edilir ki, əməliyyat Açin və Haska-Mina kəndlərində keçirilib. Həmin ərazilərdə silahlıların sığınacağı da məhv edilib. Məlumata görə, terrorçulardan 14-ü Açində, daha 3-ü Haska Minedə öldürülüb. Report

DİGƏR XƏBƏRLƏR

Top