Çin sahillərində yanan İran tankeri batıb, 32 nəfər ölüb

Yanvarın 7-də Çin sahillərində Honkonqun yük gəmisi ilə toqquşan İrana məxsus "Sanchi" neft tankeri göyərtəsində baş verən növbəti partlayışdan sonra batıb. Bu barədə bazar günü Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Toqquşmadan sonra 136 min ton qaz kondensatı daşıyan tankerin göyərtəsində yanğın baş verib, birinci partlayışdan sonra Çin xilasediciləri onu söndürməkdən imtina ediblər və gəmi axınla Yaponiya sahillərinə doğru hərəkət etməyə başlayıb. Xilasedicilər 32 heyət üzvündən yalnız 3 nəfərin meyitini tapa biliblər. İran hakimiyyəti onların hamısının öldüyünü etiraf edib. Hadisənin səbəbləri hələ ki, məlum deyil.Report

DİGƏR XƏBƏRLƏR

Top