Türkiyədən 1 ədədi 57 manata həşərat alırıq

Bu ilin ilk 3 rübünün nəticəsinə görə, xarici ölkələrdən Azərbaycana 1,2 milyard ədəd həşərat və böcəklər gətirilib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin ilk 9 ayı ərzində ölkəyə gətirilən həşərat və böcəklərin 1000 ədədinə 3,6 sent və ya 6,2 qəpik ödənilib. Həşəratlar və böcəklər Hollandiya, İspaniya, Türkiyə və digər ölkələrdən gətirilib. Eyni zamanda xarici ölkələrə də həşərat və böcəklər satmışıq. Yanvar-sentyabr ayları ərzində xarici ölkələrə 209 min ədəddən çox həşərat və böcək satılıb. İdxal etdiyimiz həşərat və böcəklərdən fərqli olaraq ixrac etdiyimiz həşərat və böcəklərin dəyəri daha yüksək olub. Xaricə satdığımız həşərat və böcəklərin 1 ədədi 32 sent və ya 54 qəpik olub. İxrac etdiyimiz həşərat və böcəklərin 97%-ni Albaniyaya satmışıq. Bu ölkəyə 1 ədədi 33 sent və ya 57 qəpikdən olmaqla 164 min həşərat və böcək satılıb.Albaniyadan fərqli olaraq həşərat və böcəkləri Rusiyaya daha ucuz qiymətə satmışıq - 1 ədədi 10,6 sent və ya 18 qəpik olmaqla 5000 ədəd.

Məlumatda diqqət çəkən məqamlardan biri odur ki, ilin 9 ayı ərzində Türkiyədən gətirdiyimiz 220 ədəd həşərat və böcək üçün 7 min 430 dollar ödənilib. Bu isə o deməkdir ki, Türkiyədən gətirilən həşərat və böcəyin 1 ədədi 33,7 dollar və ya 57,4 manata bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top