Azərbaycanlı tələbə ipək üzərində Quran kitabını prezidentə təqdim edib

Türkiyədə təhsil alan azərbaycanlı tələbə Tünzalə Məmmədzadənin ipək parça üzərində həkk etdiyi Quran kitabı ölkə başçısı Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hədiyyə R. T. Ərdoğanın Mərmərə Universitetinin müəllim və tələbə kollektivi ilə görüşdə təqdim edilib. Hədiyyəni Prezidentə universitetin rektoru professor doktor Emin Arat verib. Hədiyyə təqdim edilərkən Mərmərə Universitetinin tələbəsi T. Məmmədzadə səhnədə olub. O, Quranı şəffaf ipək üzərində qızıl və gümüş rəngli boya ilə həkk edib. İpək parçanın uzunluğu 50 metrdir. T. Məmmədza hədiyyəni hazırlamaq üçün 3 il vaxt sərf edib.

DİGƏR XƏBƏRLƏR

Top