Lənkəranda mikroavtobus aşıb, 10 sərnişin xəsarət alıb - SİYAHI

Lənkəran rayonunda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 10 nəfər sərnişindən 7 nəfərin adı məlum olub. Hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Rzayeva Samirə, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rzayev Rəşad ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb. Report

DİGƏR XƏBƏRLƏR

Top