AFFA-dan hakimi döyən futbolçuya 2 illik cəza

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik cəza alıb. Buna səbəb Aqşinin “ADBTİA” ya qarşı keçirdikləri matçda qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurması olub. Nəticədə hakim ciddi xəsarət alıb. Bütün bunları nəzərə alan İntizam Komitəsi onu diskalivifikasiya edib. Ömərov 2 illik futboldan kənarlaşdırılıb. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top