“Qarabağ” cənubi afrikalı forvardı Dino Ndlovunu satdı

“Qarabağ” cənubi afrikalı forvardı Dino Ndlovunu satıb.

Hücumçu Çinin “Xançjou Qrintaun” klubuna transfer olub.

Ağdam təmsilçisi bu keçiddən 750 min avro qazanıb.

Ndlovu “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışına qatılmayıb. O, C.Afrikanın Yohannesburq şəhərindən birbaşa Çinə uçacaq.

Qeyd edək ki, Ndlovu 2016-cı ildən “Qarabağ” forması geyinirdi. Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top