3 milyonluq hamam, qızıl sabun və...

Dünya milyarderləri tez-tez yüksək məbləğlər xərcləyərək, özləri üçün xüsusi əşyalar hazırlatdırırlar.

"Super zəngin” adlandırılan milyarderlərin fantastik pullar xərclədiyi əşyaların siyahısını təqdim edirik:

Tərkibinə 3 növ kürü, dəniz xərçəngi və Avstraliyanın duzlu çaylarından yığılan torpaq qatılan və dünyanın ən yaxşı pizza şefinin 72 saat ərzində hazırladığı pizza nə az, nə də çox, düz 12 min dollara satılıb.

Livanın Tripoli şəhərində imkanlı şəxslər üçün xüsusi olaraq istehsal olunan sabunun bir dənəsinin qiyməti 2800 dollardır. 17 qram qızıl, 3 qram almaz tozu, təbii ətirlər və yağlardan istifadə olunan sabunun hazırlanması 1.5 ay davam edir.

Lam Sai Vinq adlı şəxs 3.5 milyon dollarlıq hamam hazırlatdırıb. Hamamın tikintisində 6 mindən çox ləl-cəvahiratdan, 180 kq-dan çox qızıldan istifadə olunub.

1859-cu ildə yanlışlıqla yaşıl əvəzinə sarı rəngdə çap olunan məktub markası dünyadakı ən bahalı marka hesab edilir. "Tre skil” adlı marka 1984-cü ildə 1 milyon 70 min dollara, 2010-cu ildə isə 3.14 milyon dollara satılıb.

3 ölkədəki suların qarışığı olan (Fici, Fransa və İrlandiya) Tributo Modiliani adlı bir şüşə suyun qiyməti 60 min dollardır. Bunun səbəbi isə şüşəsinin qeyri-adi dizaynda olması və suyun tərkibində 23 əyyar qızıl tozundan istifadə olunmasıdır.

Taxta əvəzinə qızıldan hazırlanan 50 kq ağırlığındakı stulun qiyməti 1 milyon 300 min dollar dəyərindədir.

Məşhur aktyor Nikolas Keyc Misir fironları kimi özü üçün piramida formasında qəbir hazırlatdırıb. Həmin məzarın çox baha başa gəldiyi ehtimal edilir.

axar.az

DİGƏR XƏBƏRLƏR

Top