Bu il Azərbaycanda 24 ton qan tədarük olunub

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Bu barədə Səyihhə Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd olunub ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2017-cı ildə bu rəqəm 37 tondan çox olub. “Bu il yalnız Məhərrəm ayının Aşura günü ərzində 3827 nəfər insandan qan götürülüb və 1722 litr qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir”. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top