Vərəm diaqnozu qoyan siçan

Tanzaniyada Rizivan ləqəbli siçan 13 nəfərdə vərəm xəstəliyi aşkar edib.

“Yeniavaz.com”un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, siçan Tanzaniyanın Moroqoqo şəhərində klinik mərkəzdə çalışır.

Onun üçün xəstəliyi təsbitemə 15 dəqiqəlik işdir.

Belə ki, hazırda təxminən bir yaşı olan Rizivan demək olar doğuşdan bəri klinikada diaqnoz qoyulması çətin olan xəstəliyin qoxusunu almaq üçün təlim keçib.

Diaqnozun təyin edilməsi məqsədilə siçan qəfəsə yerləşdirilir.

Onun olduğu qəfəsin metal döşəməsinə 10 ədəd insan bəlğimdən ibarət metal çubuq yerləşdirilir.

Bütün bəlğəm nümunələri temperatur altında işləndiyi üçün siçanlara və insanlara keçmə riski yoxdur.

Qəfəsin altındakı metal barmaqlıq formasında manqallar daha sonra bir-bir açılır ki, siçan hər bir nümunənin qoxusunu ala bilsin.

Rizivan metal döşəməni cızanda xəstəliyi qoxladığını göstərir.

Tədris müdiri Harumi Ramadani siçana düzgün diaqnoz qoyduğunu göstərmək üçün bir düyməyə basır və sonra ona əzilmiş banan, avokado və yem verir.

Klinikada bu proqramın rəhbəri Lena Faybiq deyib ki, heç kəs siçanın qoyduğu diaqnoz ilə müalicə edilməyəcək:

“Siçanların diaqnozundan sonra daha geniş yayılmış üsuldan istifadə edəcəyik. Lakin siçanlar bir mərkəzə yönəlməmizə çox kömək edir”.

DİGƏR XƏBƏRLƏR

Top