Universal musiqiçi

Qarmon, nağara, pianino, tar, kamança sadalanan musiqi alətinin hər birində ifa edə bilir. Bununla bərabər oxumağı da bacarır. Elə buna görədə Polad Osmanova Mingəçevirdə unversal musiqiçi deyirlər. "Yeniavaz.com" xəbər verir ki, Polad Osmanov 1974-cü ildə Ağdaş rayonun Nemətabad kəndində, musiqçi ailəsində doğulub. Uşaq yaşlarından ailəsi ilə birgə Mingəçevirə köçüb. Atası qarmon ifaçısı olan universal musiqçinin ilk öyrədiyi alət də elə qarmon olub.

Vaxt ötdükcə Polad Osmanovun musiqi alətlərinə marağı daha da artır. Elə bu səbəbdən bir neçə alətdə ifa etməyi öyrənir.

Polad Osmanov onun üçün ən maraqlı, nisbətən çətin öyrədiyi musiqi alətinin kamança olduğunu deyir. 43 yaşlı şəhər sakini məclislərdə iştirakçıları təəccübləndirə də bilib.

Tar, qarmon, nağara çaldıqdan sonra muğam ifa etməyə başlayanda alqışlarla qarşılanıb. Hazırda Aran bölgəsinin toylarını onsuz təsəvvür etmək olmur. Unversal musiqçinin tələbələri də az deyil.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top