Alimlər insan yaddaşını yaxşılaşdıran qurğu hazırlayıblar


Alimlər insan yaddaşını 30% yaxşılaşdıran qurğu hazırlayıblar. Yeni ixtira yaddaşla problemi olan insanlara alsqeymer və demensiya xəstəliyi ilə mübarizədə kömək edəcək. ICTnews xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin biomühəndislik professoru Dun Sun tərəfindən yaradılmış qurğu insan yaddaşını 30% yaxşılaşdıra bilər. Qurğunun elektrodları insanın beyninə bərkidilir. “Biz yaddaş funksiyasının yaxşılaşması üçün neyron kod yazırıq. Əvvəllər bunu heç vaxt etməyiblər” – professor deyib.

DİGƏR XƏBƏRLƏR

Top