Azərbaycanda 1 ildə 10 min insanda ilk dəfə bədxassəli şiş aşkarlanıb

Ötən il Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla bədxassəli şiş aşkarlanmış xəstələrin sayı 10 min 807 nəfər olur. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 5235 nəfəri kişilər, 5572 nəfəri isə qadınlar olub. 2015-ci ildə isə ilk dəfə qoyulmuş diaqnozla bədxassəli şiş aşkarlanmış xəstələrin sayı 10 min 183 nəfər olmuşdu.

Ötən il həmin xəstələrdən 84 nəfəri 0-13 yaşlı uşaqlar olub.

Bu diaqnoz qoyulmuş xəstələrdən 14-17 yaş arası olanlar 37 nəfərdir.

18-29 yaş arası insanlar arasında ilk dəfə qoyulmuş diaqnozla bədxassəli şiş aşkarlanmış xəstələrin sayı 327 nəfər olub.

Həmin xəstələrdən 30-34 yaşlarında olanlar 270 nəfər olub.

Ötən il 35-39 yaş arası ilk dəfə qoyulmuş diaqnozla bədxassəli şiş aşkarlanmış xəstələrin sayı 375 olub.

40-59 yaşlı insanlar arasında ilk dəfə qoyulmuş diaqnozla bədxassəli şiş aşkarlanmış xəstələrin sayı isə digərlərindən dəfələrlə çoxdur - 4784 nəfər. Onlardan 2047 nəfəri kişilər, 2737 nəfəri isə qadınlardır.

60 və yuxarı yaşlarda ilk dəfə qoyulmuş diaqnozla bədxassəli şiş aşkarlanmış xəstələrin sayı da kifayət qədər çoxdur - 4930 nəfər. Onlardan 2700 nəfəri kişilər, 2230 nəfəri isə qadınlardır.

DİGƏR XƏBƏRLƏR

Top