Şengen sisteminə dəyişikliklər edildi

Avropa İttifaqı (Aİ) Şurası birliyin bəzi üzv ölkələri arasında sərbəst səyahəti təmin edən Şengen sistemində islahatların aparılması istiqamətində dəyişiklikləri qəbul edib.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, Aİ üzvü olmayan ölkələrin vətəndaşları Şengen zonasının sərhədlərinə daxil olarkən elektron qeydiyyat sistemindən keçəcəklər. Üçüncü ölkə vətəndaşlarının Şengen zonasının gömrüklərində ad, pasport və ya səyahət sənədi, barmaq izi, şəkil, giriş və çıxış tarixinə dair məlumatları qeydə alınaraq ümumi istifadəyə veriləcək.

Şengen zonası ölkələrinin birgə məlumat bazası olacaq bu informasiyalar viza müddətindən çox qalanları təsbit etməyə xidmət edəcək. Yeni sistem saxta pasport və və şəxsiyyət vəsiqələrindən istifadənin qarşısını da alacaq.

Yeni sistemdə qeydə alınan məlumatlara gömrük nəzarəti əməkdaşlarının, viza müraciətlərinə baxanların və Aİ-nin polis xidmətinin çıxışı olacaq. Yeni dəyişikliklər 2020-ci ildə qüvvəyə minəcək.

Qeyd edək ki, Şengen zonasına Aİ üzvü olan Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, Aİ üzvü olmayan İsveçrə, İslandiya, Norveç və Lixtenşteyn kimi ölkələr daxildir.

DİGƏR XƏBƏRLƏR

Top