126 nəfər azərbaycanlı BP-dəki işini itirib

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2739 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Yeniavaz.com "BP-Azərbaycan" şirkətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətində çalışan azərbaycanlıların sayı 4,4% və ya 126 nəfər azalıb.

Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ini yerli mütəxəssislər təşkil edir. Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə bu göstəricinin 86%-ə bərabər olub.

Qeyd edək ki, BP şirkəti hələ 2013-cü ildə açıqladığı hesabatda bildirb ki, 2014-2018-ci illər üçün beş illik milliləşdirmə planı hazırlanıb və bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir. Lakin açıqlanan rəqəmlərdən belə görünür ki, "beş illik milliləşdirmə planı"nın ilk ilində - 2014-cü ildə olduğu kimi 4 ildən sonra - 2017-ci ildə də ixtisaslı işçilərinin içərisindəki yerli mütəxəssislər payı (85%) dəyişməz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top